Ərəbistandan gələn təklifi qəbul etmədi - Paytaxt klubunun forvardı

4 İyul 2023 21:20 İtaliya 947
Ərəbistandan gələn təklifi qəbul etmədi - Paytaxt klubunun forvardı

“Roma”nın hücumçusu Paulo Dibala Səudiyyə Ərəbistanından gələn təklifi qəbul etməyib.

Sportinfo.az xəbər verir ki, “Əl-Hilal” 29 yaşlı futbolçunu transfer etmək istəyib.

Riyad klubu “Roma”ya futbolçunun 12 milyon avroluq sərbəstqalma məbləğini də ödəməyə hazır olduğunu deyib. E

yni zamanda, ərəblər argentinalıya ciddi maaş artımı vədi də veriblər. Hazırda o, İtaliya klubunda ildə 6 milyon avro qazanır.

Argentinalı forvard “canavarlar”ın heyətində qalmaq istədiyini deyib və təklifi rədd edib.

Dibala 2022-ci ilin yayından “Roma”da forma geyinir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. O, 2022/23 mövsümündə 38 oyuna çıxıb, 18 qol vurub və 8 məhsuldar ötürmə edib.

Öncədən futbolçulardan Lionel Messi, Luka modriç, baş məşqçilərdən isə Joze Mourinyo Səudiyyə Ərəbistanından gələn təklifi qəbul etməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"