“Bizə onunla bağlı klubumuza rəsmi təklif göndərilməyib"

4 İyul 2023 18:20 İtaliya 824
“Bizə onunla bağlı klubumuza rəsmi təklif göndərilməyib"

“Fiorentina”nın baş direktoru Coy Barone yarımmüdafiəçi Sofyan Amrabatın gələcək taleyindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, Mərakeş millisinin üzvü ilə bağlı rəsmi təklif almadıqlarını söyləyib:

“Onunla bağlı klubumuza rəsmi təklif göndərilməyib. Amrabat hazırda bizimlədir”.

Öncədən mərakeşli futbolçunun adı “Barselona”, “Mançester Yunayted” və “Atletiko” ilə hallanırdı.

26 yaşlı oyunçu 2020-ci ilin yayından İtaliya klubunda çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin iyun ayına qədər qüvvədədir.

O, 2022/23 mövsümündə Florensiya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 49 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"