18 milyon maaş, 2 illik müqavilə təklif etməyi düşünür - Ərəblər Qattuzonu istəyir

3 İyul 2023 01:30 İtaliya 725
18 milyon maaş, 2 illik müqavilə təklif etməyi düşünür - Ərəblər Qattuzonu istəyir

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli” italiyalı mütəxəssis Cennaro Qattuzonu komandanın baş məşqçi postuna gətirmək istəyir.

Sportinfo.az xəbər verir ki, ərəblər Qattuzoya mövsümlük 9 milyon avro maaşla 2 illik müqavilə təklif etməyi düşünür.

İtaliyalı mütəxəssis hazırda işsizdir. Onun sonuncu iş yeri 2022-ci ilin iyulundan 2023-cü ilin yanvarına qədər çalışdığı “Valensiya” olub.

Qattuzo karyerası ərzində “Napoli”, “Milan”, “Palermo” kimi klublarda da çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"