Ərəblər 45 milyon maaş təklif etdi, cavabı "YOX" OLDU

1 İyul 2023 00:20 İtaliya 756
Ərəblər 45 milyon maaş təklif etdi, cavabı

“Çelsi”nin hücumçusu Romelu Lukaku karyerasını Səudiyyə Ərəbistanında davam etdirməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, “Əl-Hilal” 30 yaşlı futbolçuya 45 milyon avro maaş təklif etsə də, belçikalı forvard bunu qəbul etməyib.

Lukaku karyerasını “İnter”də davam etdirmək fikrindədir. O, 2022/23 mövsümünü icarə əsasında Milan klubunda keçirib.

Lukaku “neradzurra”nın heyətində son mövsümdə bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"