İki satışdan 10 milyon avro qazandı – Paytaxt klubu

30 İyun 2023 12:20 İtaliya 842
İki satışdan 10 milyon avro qazandı – Paytaxt klubu

“Sassuolo” heyətini iki yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, sözügedən klub “Roma”nın gənc futbolçuları Kristian Volpato ilə Filippo Missorini heyətinə qatıb.

“Sassuolo” onların transferi üçün paytaxt klubuna bütövlükdə 10 milyon avro (Volpato üçün 7,5, Missori üçün 2,5) ödəyib.

Volpato 2022-ci ildən “Roma”nın əsas komandasında çıxış edirdi. 19 yaşlı yarımmüdafiəçi “canavarlar”ın heyətində 14 oyun keçirib, 2 qol vurub. Missori isə “Roma”nın əsas komandasında 4 oyun keçirib.

Hər iki futbolçu İtaliyanın gənclərdən ibarət yığmasına dəvət alır.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM