Bu şəxs üçün “ən pis” ifadəsini işlətdi, 50 min cərimələndi, 10 oyunluq cəzalandırıldı

30 İyun 2023 00:00 İtaliya 628
Bu şəxs üçün “ən pis” ifadəsini işlətdi, 50 min cərimələndi, 10 oyunluq cəzalandırıldı

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya çempionatında 10 oyunluq cəzalanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi saytı məlumat yayıb.

60 yaşlı mütəxəssis “Monza” ilə matçın baş hakimi Daniele Kiffi haqda söylədiyi fikirlərə görə cəzalandırılıb.

A Seriyasının 33-cü turu çərçivəsində keçirilən görüş 1:1 hesabı ilə başa çatıb, bundan sonra Roma təmsilçisi avrokubok zonasından kənarda qalıb.

Oyundan sonra Mourinyo Kiffini indiyə qədər gördüyü ən pis hakim adlandırıb.

Məşqçi diskvalifikasiyadan əlavə 50 min avro cərimələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti