"Mən dərhal ora qayıdacağımıza söz verə bilmərəm"

29 İyun 2023 18:40 İtaliya 912
"Mən dərhal ora  qayıdacağımıza söz verə bilmərəm"

Andrea Pirlo “Sampdoriya”nın baş məşqçisi təyin olunması haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, klubun sahibinə və prezidentinə təşəkkür edib:

“Mənim üçün belə gözəl fürsət yaratdıqlarına görə klubun sahibinə və prezidentinə təşəkkür edirəm!

“Sampdoriya”nı çalışdırmaq mənə görə A Seriyasında çalışmağa bərabərdir.

Türkiyədə yaxşı işlər gördük. Orada məşqçi kimi inkişaf etdim.

İndi daha təcrübəliyəm. Dərhal A Seriyasına qayıdacağımıza söz verə bilmərəm. Lakin bizim əsas məqsədimiz budur”.

Pirlonun sonuncu iş yeri Türkiyənin “Fatih Karagümrük” klubu olub. Keçmiş futbolçu 2022-ci ilin iyunundan 2023-cü ilin mayına qədər orada fəaliyyət göstərib.

“Sampdoriya” 2022/23 mövsümündə İtaliya A Seriyasında sonuncu yeri turub və B Seriyasına yuvarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"