Mahir Emrelinin komanda yoldaşına 6 milyonluq təklif gəldi

29 İyun 2023 10:00 İtaliya 847
Mahir Emrelinin komanda yoldaşına 6 milyonluq təklif gəldi

"Dinamo"nun qapıçısı Dominik Livakoviç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı qolkiperin xidmətində "Fiorentina" maraqlıdır.

Bu Fabritsio Romano məlumat yayıb. Florensiya təmsilçisi xorvatiyalı "əlcək sahibi üçün Zaqreb klubuna 6 milyon avro ödəməyə hazırdır.

"Dinamo" "Fiorentina"nın təklifinə cavab verməyib. Təcrübəli futbolçu ilə Avropadan maraqlanan başqa klublar da var.

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli də "Dinamo"da çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti