İtaliyalı məşhurun yeni iş yeri - İki il çalışacaq

28 İyun 2023 12:00 İtaliya 816
İtaliyalı məşhurun yeni iş yeri - İki il çalışacaq

“Sampdoriya” Andrea Pirlonu komandanın baş məşqçisi təyin edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, mütəxəssislə müqavilə 30 iyun 2025-ci il tarixinədək qüvvədədir.

Pirlonun 44 yaşı var. Onun son iş yeri Türkiyənin “Fatih Karagümrük” klubu olub.

Mütəxəssis əvvəllər İtaliyanın “Yuventus”unda da çalışıb. Onun rəhbərliyi altında Turin klubu İtaliya kubokunu (2021) və İtaliya Superkubokunu (2020) qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"