15 milyon avro ver, onu sataq – İtalyanlar "Fənərbaxça"ya deyir

25 İyun 2023 13:10 İtaliya 1 194
15 milyon avro ver, onu sataq – İtalyanlar

"Fənərbaxça" hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Bolonya"da çıxış edən Rikkardo Orsolinidir.

"Fənərbaxça"nın 26 yaşlı vingerə 2 milyon avro maaş, klubuna isə 9 milyon avro təklif etdiyi bildirilir. A Seriyası təmsilçisi isə türklərdən 15 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar davam edir.

"Bolonya" Rikkardo Orsolinini 2019-cu ilin yayında "Yuventus"dan transfer edib.

İtaliya millisinin üzvü son mövsümdə ölkə çempionatında meydana çıxdığı 32 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti