İllik qazancı 10 milyon avrodan çox olacaq - Almaniya klubunun hücumçusunu istəyir

23 İyun 2023 12:20 İtaliya 721
İllik qazancı 10 milyon avrodan çox olacaq - Almaniya klubunun hücumçusunu istəyir

“Milan” “Borussiya”nın (Münhenqladbax) hücumçusu Markus Türamı transfer etməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, futbolçunun özü də İtaliya çempionatında çıxış etmək istəyir.

Milan təmsilçisi Türama illik 5 milyon avro maaş təklif edib. Bonuslarla birgə onun illik qazancı 10 milyon avrodan çox olacaq.

Öncədən “Leyptsiq”in də Türamla maraqlandığı bildirilirdi.

Fransalı futbolçu 2022/23 mövsümündə Almaniya klubunun heyətində 32 oyuna çıxıb, 16 qol vurub və 7 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti