Xorvat üçün 15 milyon avroluq təklif - Ərəblərdən “İnter”ə

20 İyun 2023 18:20 İtaliya 843
Xorvat üçün 15 milyon avroluq təklif - Ərəblərdən “İnter”ə

“İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Əl-Nəsr” Brozoviç üçün Milan klubuna 15 milyon avro təklif edib.

30 yaşlı futbolçu 2015-ci ilin yanvarında “İnter”ə keçib. Onun “neradzurra” ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Brozoviç 2022/23 mövsümündə “İnter”in heyətində 40 oyuna çıxıb, üç qol vurub və altı məhsuldar ötürmə edib.

“Əl-Nəsr”də portuqaliyalı hücumçu Kriştiano Ronaldo da forma geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"