"Mən bu klubu sevirəm və onu tərk etməyim üçün heç bir səbəb yoxdur"

19 İyun 2023 01:20 İtaliya 873
"Mən bu klubu sevirəm və onu tərk etməyim üçün heç bir səbəb yoxdur"

“İnter”in müdafiəçisi Denzel Dumfris İtaliya klubundakı gələcək taleyindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, Milan klubunu sevdiyini deyib:

“İnter”i sevirəm. Klubu tərk etməyim üçün heç bir səbəb yoxdur.

Futbol hazırda çox dinamikdir: oyunçular müxtəlif klublara transfer olurlar. Görək, bundan sonra nələr olacaq”.

Niderlandlı futbolçu 2021-ci ilin yayından “neradzurra”nın formasını geyinir. Onun klubla müqaviləsi 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

O, 2022/23 mövsümündə “İnter”in heyətində 51 oyuna çıxıb, iki qol vurub və yeddi məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"