Həm müdafiəçini, həm də hücumçunu satdılar - Bu qiymətə

18 İyun 2023 13:10 İtaliya 924
Həm müdafiəçini, həm də hücumçunu satdılar - Bu qiymətə

“İnter” müdafiəçisi Lorentso Pirola və hücumçusu Samuele Mulattierini satıb.

Sportinfoa.az xəbər verir ki, Pirola “Salernitana”ya, Mulattieri “Frozinone”yə satılıb.

Hər iki futbolçu sözügedən klublara icarə əsasında keçmişdi. Onların müqaviləsində mövsümün sonunda satınalma şərti də var idi.

Bu üzdən də “Salernitana” “İnter”ə 5, “Frozinone” isə 4,5 milyon avro ödəməklə müvafiq olaraq Pirola və Mulattierinin transfer hüquqlarını alıblar.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM