Premyer Liqa klubu kamerunlu qapıçı gətirir - İtaliyadan

17 İyun 2023 10:20 İtaliya 1 079
Premyer Liqa klubu kamerunlu qapıçı gətirir - İtaliyadan

“İnter”in qapıçısı Andre Onana “Mançester Yunayted”ə keçə bilər.

Sportinfo.az xəbər verir ki, David De Xeanın qeyri-sabit çıxışı fonunda “Mançester Yunayted” kamerunlu futbolçu ilə maraqlanır.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq Onananın ispan qapıçı ilə rəqabət yaratmasını istəyir.

Onana özü də “Mançester Yunayted”ə keçməyə qarşı deyil.

Daha əvvəl 27 yaşlı futbolçu ilə “Çelsi”nin də maraqlandığı bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM