İtaliya millisinin bombardiri oldu - Mançininin dövründə

16 İyun 2023 18:40 İtaliya 817
İtaliya millisinin bombardiri oldu - Mançininin dövründə

UEFA Millətlər Liqasının "dördlər finalı"nın yarımfinal mərhələsinin İspaniya ilə görüşü İtaliya millisinin forvardı Çiro İmmobile üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, matçının 11-ci dəqiqəsində penaltidən fərqlənən "skuadra azzurra"nın hücumçusu Roberto Mançininin gəlişindən bu yana komandanın bombardiri ünvanına sahib çıxıb.

33 yaşlı futbolçu Mançinin rəhbərliyi altında İtaliya millisində 24 oyunda 9 qol vurub. Ümumilikdə isə hücumçu millidə 56 matçda 16 qol vurmağı bacarıb.

Mançini 2018-ci ilin may ayından İtaliya millisinə rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"