Stadionun adı dəyişdirilir? - Şəhər Şurasından təklif

13 İyun 2023 15:20 İtaliya 977
Stadionun adı dəyişdirilir? - Şəhər Şurasından təklif

Montsa Şəhər Şurası klubun eyniadlı stadionunun Silvio Berluskoninin şərəfinə adlandırılmasını təklif edib.

Sportinfo.az xəbər verir ki, İtaliya mətbuatında yayılan press-relizdə aşağıdakı fikirlər diqqətə çatdırılıb:

“Mövcud qaydalara uyğun olaraq, “Brianteo” stadionuna (“Montsa”nın ev matçlarını keçirdiyi arena) Berluskoninin adının verilməsi üçün səlahiyyətli orqanlara sorğu göndəriləcək.

Əldə etdiyi bir çox uğurlara görə onun adı şəhərimizdə əbədi olaraq yad ediləcək.

Çünki onun rəhbərliyi ilə “Montsa” 2022/23 mövsümündə İtaliya A Seriyasında iştirak etmək hüququ qazandı. Klub 2023/24 mövsümündə də adıçəkilən çempionatda mübarizə aparacaq”.

“Montsa” klubunun prezidenti dünən Milanda yerləşən San Raffaele xəstəxanasında vəfat edib. Aprel ayında onun leykemiya xəstəliyi ilə bağlı xəbəri yayılmışdı.

Berluskoni 1986-2016-cı illərdə “Milan”ın sahibi olub. O, 2018-ci ilin sentyabrında “Montsa”nı satın alıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"