Məşhur klub prezidenti xəstəxanada dünyasını dəyişdi

12 İyun 2023 15:40 İtaliya 764
Məşhur klub prezidenti xəstəxanada dünyasını dəyişdi

“Montsa”nın prezidenti Silvio Berluskoni 87 yaşında vəfat edib.

Sportinfo.az xəbər verir ki, “Montsa” klubunun prezidenti və “Milan”ın keçmiş sahibi bu gün Milanda yerləşən San Raffaele xəstəxanasında vəfat edib.

Aprel ayında İtaliyanın keçmiş baş nazirinin leykemiya xəstəliyi ilə bağlı xəbəri yayılmışdı.

Berluskoni bir neçə həftə əvvəl başa çatan 45 günlük müalicədən sonra keçən cümə günü yenidən xəstəxanaya yerləşdirililmdi. Buna ağır xəstəlik fonunda inkişaf edən pnevmoniya səbəb olmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti