"2002-ci ildə klub müflis olmaq təhlükəsi ilə üz-üzə qalmışdı”.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin sabiq köməkçisi Benito Karbone "The Sun" nəşrinə açıqlamasında deyib.
İtalyan futbolçu kimi 2000-2002-ci illərdə formasını geyindiyi "Bredford"a baş məşqçi kimi qayıtmaq istədiyini gizlətməyib:
“Həmin vaxt mənə verilən evdən, avtomobildən və 2,4 milyon funt sterlinqdən imtina e dərək, kluba dəstək olmağa çalışdım. Çünki bu komanda və azarkeşləri mənim üçün doğmadır".
Benito Karbone 2020 - 2022-ci illərdə Azərbaycan yığmasının məşqçisi vəzifəsində çalışıb.

