“Onun futbolçu və məşqçi kimi inkişafını özüm görmüşəm, bu adamainanmaq lazımdır”

10 İyun 2023 00:10 İtaliya 661
“Onun futbolçu və məşqçi kimi inkişafını özüm görmüşəm, bu adamainanmaq lazımdır”

“Mançester Siti”nin sabiq baş məşqçisi Roberto Mançini hazırda komandanın “sükanı arxasında” olan Pep Qvardiola haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, ispaniyalı mütəxəssisin başçılığı altında “şəhərlilər”i dünyanın ən güclüsü hesab etmir:

“Finaldan öncə nəticə haqda proqnoz vermək olmaz. Qvardiolanın “Mançester Siti”si dünyanın ən güclüsü olmasa da, ən yaxşı formada oynamağın lazım olduğunu bilir.

“İnter”in baş məşqçisi Simone İnzaqini yaxşı tanıyıram. Onun futbolçu və məşqçi kimi inkişafını özüm görmüşəm.

İnzaqiyə inanmaq lazımdır. Bir neçə həftə öncə o, tənqidlərə məruz qalmırdımı? İşi heç də asan deyil”.

Çempionlar Liqasının finalının “Mançester Siti” – “İnter” matçı 10 iyun, saat 23:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti