İllik 6 milyon avro ödəməyə hazırdır - “Yuventus”

1 İyun 2023 01:40 İtaliya 835
İllik 6 milyon avro ödəməyə hazırdır - “Yuventus”

“Milan”ın da transfer etmək istədiyi Sergey Milinkoviç-Saviç uğrunda mübarizədə “Yuventus” daha üstün vəziyyətdədir.

Sportinfo.az xəbər verir ki, Turin klubu “Latsio”nun 28 yaşlı yarımmüdafiəçisinə ildə 6 milyon avro ödəməyə hazırdır.

“Latsio” Serbiya millisinin üzvü üçün 40 milyon tələb edir. Lakin Milinkovic-Saviçin klubla müqaviləsi 2024-cü ilin iyununda bitəcəyi üçün onun 30 milyona satılması da mümkündür.

Serbiyalı yarımmüdafiəçi son mövsümdə A Seriyasında 35 matçda 9 qol vurub, 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"