”Bu, onlarla mənim aramda olan məsələdir, nə edəcəyimi bilirlər”

31 May 2023 18:20 İtaliya 689
”Bu, onlarla mənim aramda olan məsələdir, nə edəcəyimi bilirlər”

“Roma”nın baş məşqçisi Joze Mourinyo hazırda heç bir klubla danışıqlar aparmadığını söyləyib.

Sportinfo.az xəbər verir ki, eyni zamanda, o, gələcəyi ilə bağlı həqiqətləri futbolçularına dediyini bildirib:

“Hazırda heç bir klubla danışıqlar aparmamışam. Futbolçularıma gələcəyimlə bağlı həqiqətləri dedim.

Bu, onlarla mənim aramda olan məsələdir. Onlar mənim nə edəcəyimi bilirlər”.

Portuqaliyalı mütəxəssisin komandası hazırda İtaliya A Seriyasının turnir cədvəlində 60 xalla 7-ci pillədə qərarlaşıb. “Roma” 38-ci turda “Spetsiya”nı qəbul edəcək.

Paytaxt təmsilçisi bu gün Avropa Liqasının final matçında “Sevilya” ilə qarşılaşacaq. Görüş saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"