“Avrokuboklara vəsiqə qazanmaq bizim üçün böyük nailiyyətdir”

28 May 2023 16:55 İtaliya 515
“Avrokuboklara vəsiqə qazanmaq bizim üçün böyük nailiyyətdir”

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya A Seriyasının 37-ci turunun “İnter”lə görüşündən sonra (2:3) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, matçın yaxşı keçdiyini deyib:

“Rəqib oyuna çox yaxşı başladı. Dəqiqələr irəlilədikcə yavaş-yavaş onların hücumçularına qarşı müvafiq tədbirlər görə bildik. Məncə, matç yaxşı keçdi.

Avrokuboklara vəsiqə qazanmaq böyük nailiyyətdir. Keçən illə müqayisədə irəliləyiş əldə etmişik.

Klubla aramda sıx bağlılıq və dərin hörmət var. Münasibətimiz əladır. Amma bu, futboldur, hər kəs fərqli düşünə bilər. Klub rəhbərliyinə hörmət edirəm”.

Berqamo təmsilçisi hazırda İtaliya çempionatının turnir cədvəlində 61 xalla 5-ci, “İnter” isə 69 xalla 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti