Bu hücumçunun qiyməti 170 milyon avroya qaldırıldı

27 May 2023 01:30 İtaliya 504
Bu hücumçunun qiyməti 170 milyon avroya qaldırıldı

“Milan”ın hücumçusu Rafael Leaonun sərbəst qalma məbləği 170 milyon avroya qaldırılıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı rəhbərlikdən təzminat məbləğini dəyişməyi xahiş edib və 170 milyon avroya razılaşıb.

İyul ayından etibarən kompensasiyanın məbləğinin aktivləşəcəyi bildirilir.

Əvvəllər futbolçu ilə “Çelsi” maraqlanırdı.

Portuqaliyalı hücumçu 2019-cu ilin avqustundan “Milan”da çıxış edir. Onun hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

O, bu mövsüm İtaliya klubunun heyətində 46 oyuna çıxıb, 14 qol vurub və 15 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti