10 milyon avroluq təklif - Gürcü hücumçu üçün

26 May 2023 22:00 İtaliya 2 184
10 milyon avroluq təklif - Gürcü hücumçu üçün

“Milan” “Metz”in gürcüstanlı hücumçusu Georgi Mikautadzeni transfer etmək təklifi ilə çıxış edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Məlumata görə, “Milan” 10 milyon avroluq təkliflə hücumçunun transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə edib.

İtaliya klubunun texniki direktoru Paolo Maldininin artıq bir neçə dəfə gürcü hücumçu ilə əlaqə saxladığı bildirilir.

22 yaşlı Mikautadze bu mövsüm “Metz”in heyətində 38 oyun keçirib, 24 qol vurub və 9 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"