Komandaya çempionluq qazandırdı, qoluna belə tatu etdirdi – FOTO

26 May 2023 21:40 İtaliya 855
Komandaya çempionluq qazandırdı, qoluna belə tatu etdirdi – FOTO

“Napoli”nin baş məşqçisi Luçano Spalletti neapolluların bu mövsüm İtaliya çempionatında qazandıqları qələbənin şərəfinə xüsusi döymə etdirib.

Sportinfo.az xəbər verir ki, tatu elə tərzdə edilib ki, italiyalı baş məşqçinin “cırılmış dəri”sindən “Napoli”nin loqosu və üzərində 3 rəqəmi əks olunan İtaliya bayrağı görünür.

Spaletti karyerasında ilk dəfə İtaliya çempionluğunu qazanıb. “Napoli” 33 il idi ki, A Seriyasını qazana bilmirdi.

Xarici mətbuatda yayılan xəbərlərə görə, Spalletti klubun sahibi Aurelio De Laurentislə münaqişəyə görə mövsümün sonunda “Napoli”ni tərk edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"