Türkiyə klubu məşhur italyanı baş məşqçi postuna gətirir?

26 May 2023 15:20 İtaliya 766
Türkiyə klubu məşhur italyanı baş məşqçi postuna gətirir?

“Recina”nın baş məşqçisi Filippo İnzaqi “Fatih Karagümrük”ün sükanı arxasına keçə bilər.

O, Türkiyə klubu ilə yollarını ayıran Andrea Pirlonu əvəz edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb. Klub artıq mütəxəssislə razılığa gəlib. Türkiyə klubunun rəhbərliyi Cennaro Qattuzo ilə də danışıb, lakin İnzaqi prioritetdir.

Pirlo 2022-ci ilin iyunundan “Fatih Karagümrük”ü çalışdırırdı. Mayın 24-də klub italiyalı mütəxəssisin komandadan ayrılacağını açıqlayıb.

İnzaqi futbolçu karyerasını 2012-ci ildə başa vurub. O, bundan əvvəl “Milan”, “Venesiya”, “Bolonya” və “Benevento” klublarında çalışıb.

“Fatih Karagümrük” Türkiyə çempionatında 33 oyundan 44 xalla 9-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”