"Onu tez-tez döydüyüm üçün utandım və üzr istədim"

24 May 12:00 İtaliya 515
"Onu tez-tez döydüyüm üçün utandım və üzr istədim"

“Milan”ın idman direktoru Paolo Maldini futbolçu kimi çıxış etdiyi dövr barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, Dieqo Armando Maradona və Ronaldo Nazarionu ən güclü futbolçular adlandırıb:

“Dieqo Maradona və Ronaldo Nazario ən güclü futbolçular olub. Tanrıya şükürlər olsun ki, Lionel Messiyə qarşı oynamamışam.

Kriştiano Ronaldo əla qolçudur, lakin onun oyununda Maradona və Ronaldonun oyun üslubuna nisbətən daha az sehr var.

Sürətli və fiziki cəhətdən güclü futbolçu olmuşam, amma Maradona və Ronaldo daha sürətli idilər. Eyni zamanda, Dieqo yaraşıqlı oğlan idi.

Adı İtaliyada futbolçuların “Şöhrət zalı”na daxil ediləndə onu tez-tez döydüyüm üçün utandım və Maradonadan üzr istədim”.

Maldini futbolçu karyerasını “Milan”da keçirib. O, 2018-ci ilin avqustunda Milan klubunun inkişaf direktoru təyin edilib, bir il sonra isə texniki direktor vəzifəsinə yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər