Komandanı çempion etdi, prezidentə xəbəri çatdırdı - “GEDiRƏM”

23 May 2023 18:40 İtaliya 1 180
Komandanı çempion etdi, prezidentə xəbəri çatdırdı - “GEDiRƏM”

Luçano Spaletti mövsümün sonunda “Napoli”dən ayrılacaq.

Sportinfo.az xəbər verir ki, neapolluların baş məşqçisi iki həftə əvvəl klub prezidenti Aurelio De Laurentisə qərarını açıqlayıb.

Spaletti bu barədə komandanın futbolçularını A Seriyasının 36-cı turunun “İnter”lə oyunundan (3:1) öncə məlumatlandırıb.

“Napoli”dən ayrıldıqdan sonra Spallettinin yeni komanda ilə işə başlamazdan əvvəl bir mövsümlük istirahət edəcəyi bildirilir.

“Napoli” Spalettinin rəhbərliyi altında bu mövsüm 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"