
“İnter”in baş direktoru Cüzeppe Marotta “neradzurra”nın çalışdırıcısı Simone İnzaqi haqda açıqlama verib.
Sportinfo.az xəbər verir ki, o, italiyalı mütəxəssisin gələn mövsüm də Milan təmsilçisini çalışdıracağını söyləyib:
“Biz İnzaqini işdən çıxarmaq barədə düşünmürük. Komandadakı mövqeyini gücləndirib. Bu, göz qabağındadır.
O, yüz faiz bizimlə qalacaq. İnzaqi gələn mövsüm də “İnter”i çalışdıracaq”.
İnzaqi 2021-ci ildən “neradzurra”nın baş məşqçisidir. Onun komandası İtaliya A Seriyasının turnir cədvəlində 66 xalla üçüncüdür.
“İnter” iyunun 10-da Çempionlar Liqasının final matçında “Mançester Siti” ilə qarşılaşacaq.