Çempion “İnter”ə xal vermədi, revanş aldı - VİDEO

22 May 2023 01:40 İtaliya 1 196
Çempion “İnter”ə xal vermədi, revanş aldı - VİDEO

İtaliya A Seriyasının 36-cı turunda çempion “Napoli” “İnter”i qəbul edib.

Sportinfo.az xəbər verir ki, görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.

“Napoli”nin qollarını Zambo Anqissa, Covanni Di Lorentso və Canluka Qaetano vurublar. “İnter”in təsəlli qoluna Romelu Lukaku imza atıb.

Milan təmsilçisi 41-ci dəqiqədən etibarən 10 nəfərlə mübarizə aparıb. Roberto Qalyardini ikinci sarı vərəqədən “qırmızı” alaraq meydandan qovulub.

Qələbə sayəsində “Napoli” xalını 86-ya çatdırıb. “İnter” 66 xalla üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"