"Yaxın günlərdə onun vəziyyətinə yenidən baxılacaq" - Erməni ilə bağlı açıqlama yaydı

19 May 2023 00:20 İtaliya 2 542
"Yaxın günlərdə onun vəziyyətinə yenidən baxılacaq" - Erməni ilə bağlı açıqlama yaydı

“İnter” yarımmüdafiəçi Henrix Mxitaryanın səhhəti ilə bağlı açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, Milan klubunun yaydığı açıqlamada belə deyilir:

“Bu səhər Henrix Mxitaryan müayinədən keçdi. Komandamızın yarımmüdafiəçisinin sol budunun ön düz əzələsi burxulub. Yaxın günlərdə onun vəziyyətinə yenidən baxılacaq”.

Erməni futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin “Milan”la cavab oyununda (1:0, ilk oyun – 2:0) zədələnib. O, 44-cü dəqiqədə əvəzlənib.

“İnter” Çempionlar Liqasının finalında “Mançester Siti” ilə qarşılaşacaq. Qarşılaşma iyunun 10-da, İstanbulda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"