"Bu, bizim futbolda çox şey qazandığımızı sübut edəcək”"

18 May 2023 01:30 İtaliya 670
"Bu, bizim futbolda çox şey qazandığımızı sübut edəcək”"

“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi 2024-cü ildə karyerasını bitirə biləcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bununla da, o, İtaliyada “müdafiə oyunu dövrü”nün yekunlaşacağını söyləyib:

“Gələn il karyeramı bitirsəm, İtaliyanın “müdafiə oyunu dövrü” sona çatacaq. Bu, zirvədə olmaqdan qürur duymaq üçün səbəb ola bilər.

Ümid edirəm ki, italyanlar Paolo Maldini, Franko Barezi, Alessandro Nesta, Fabio Kannavaronu kumirləri hesab etdikləri kimi, Canluici Buffonu, Andrea Barzaqlini, Corco Kyellinini və məni də kumir olaraq görəcəklər. Bu, bizim futbolda çox şey qazandığımızı sübut edəcək”.

36 yaşlı futbolçu 8 dəfə İtaliya A Seriyasını, 3 dəfə İtaliya kubokunu, 5 dəfə İtaliya superkubokunu qazanıb. O, İtaliya milli komandasının heyətində AÇ-2020-nin qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"