"Qarabağ"a qol vuran hücumçuya 70 milyon avroluq təklif etdilər

17 May 2023 02:10 İtaliya 1 919
"Qarabağ"a qol vuran hücumçuya 70 milyon avroluq təklif etdilər

"Napoli" yeni mövsüm üçün transfer fəaliyyətinə start verib.

Sportinfo.az xəbər verir ki, Neapol təmsilçisi hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Ölkə çempionunun əsas hədəfi "Gent"in forvardı Gift Orbandır.

"Napoli" 20 yaşlı hücumçu üçün 70 milyon avro ödəməyə hazırdır. Belçika klubu isə 2027-ci ilədək müqaviləsi olan nigeriyalı futbolçunun satışından 80 milyon avro gəlir gözləyir.

"Gent" Gift Orbanı qış transfer pəncərəsi zamanı Norveçin "Stabek" klubundan 1 milyon avro qarşılığında transfer edib. Gənc qolçu komandanın heyətində meydana çıxdığı 19 matçda 19 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Orban Avropa Konfrans Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab görüşündə komandasına qələbə qazandıran yeganə qolun müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı