“Axmaq adlanmamaq üçün çox danışmaq istəmirəm”

14 May 2023 00:20 İtaliya 329
“Axmaq adlanmamaq üçün çox danışmaq istəmirəm”

taliya yığmasının sabiq qapıçısı Canluici Buffon UEFA-nın “Yuventus”u avrokuboklardan kənarlaşdırmaq ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, bütün klubların səhv edə biləcəyini diqqətə çatdırıb:

“Mənə elə gəlir ki, bütün klublar səhv edə bilər. Baş verənlər haqda səthi məlumatlara sahibəm.

Axmaq adlanmamaq üçün çox danışmaq istəmirəm”.

İtaliya Futbol Federasiyasının məhkəməsi bu ilin yanvarında “Yuventus”un 15 xalını silmişdi. Turin klubu maliyyə fırıldağı iddiasına görə 15 xaldan məhrum edilmişdi.

Bundan sonra komanda turnir cədvəlinin 10-cu pilləsinə düşmüşdü və Çempionlar Liqasının növbəti mövsümü üçün vəsiqə şansını itirmək riski ilə üzləşmişdi.

Komandanın xalları aprel ayında kluba qaytarılıb. İndi yeni məhkəmə prosesi var. İtaliya Futbol Federasiyasının Federal Apellyasiya Məhkəməsi işə yenidən baxmalıdır.

Yaxın aylarda bu məsələ ilə bağlı yekun qərar verilməsə, UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər.

Diskvalifikasiya müddəti ən azı bir il ola bilər. “Yuve”nin mübarizə apardığı Avropa Liqasında mümkün qələbə cəzanın aradan qaldırılmasına kömək etməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı