Mövsümün sonunda paytaxt klubuna qayıdacaq – Tanınmış hücumçu

12 May 2023 21:40 İtaliya 554
Mövsümün sonunda paytaxt klubuna qayıdacaq – Tanınmış hücumçu

“Çelsi”dən icarəyə götürülən “İnter”in hücumçusu Romelu Lukaku mövsümün sonunda London klubuna qayıdacaq.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu “zadəganlar”ın mövsümöncəsi təlim-məşq toplanışında iştirak edəcək.

Eyni zamanda, o, növbəti mövsümdən “Çelsi”ni çalışdıracağı deyilən Maurisio Poçettino ilə klubdakı gələcək taleyi ilə bağlı danışıqlar aparacaq.

Lukaku 2022/23 mövsümündə Milan təmsilçisinin heyətində 30 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti