"Mançester Yunayted" bu müdafiəçi üçün 60 milyon ödəməyə hazırdır

9 May 2023 22:00 İtaliya 741
"Mançester Yunayted" bu müdafiəçi üçün 60 milyon ödəməyə hazırdır

"Napoli"nin futboloçusu Kim Min-Je növbəti mövsümdə İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Sportinfo.az xəbər verir ki, cənubi koreyalı mərkəz müdafiəçisinin xidmətində "Mançester Yunayted" maraqlıdır.

Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Futbolçunun sərbəstqalma məbləği 45 milyon avrodur. "Mançester Yunayted" isə 26 yaşlı müdafiəçi üçün 60 milyon avroluq təklif göndərməyə hazırlaşır.

"Napoli" Kim Min-Jeni mövsümün əvvəlində "Fənərbaxça"dan transfer etmişdi. Cənubi Koreya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"