Nə az, nə çox, düz 33 il sonra çempion oldular - VİDEO

5 May 2023 10:20 İtaliya 501
Nə az, nə çox, düz 33 il sonra çempion oldular - VİDEO

İtaliya A Seriyasında 2022/23 mövsümünün qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Napoli” sona 5 tur qalmış çempionluğu rəsmiləşdirib.

Luçano Spalettinin komandası buna 33-cü turda səfərdə “Udineze” ilə heç-heçə (1:1) etməklə nail olub.

Neapollular 13-cü dəqiqədə Sandi Lovriçin qolu ilə hesabda geri düşsələr də, 52-ci dəqiqədə Viktor Osimhen bərabərliyi təmin edib.

Bu nəticədən sonra xallarını 80-ə çatdıran “Napoli” ən yaxın izləyicisi “Latsio” ilə fərqi 16-ya yüksəldib. Qalan 5 matçda romalıların bu fərqi aradan qaldırması mümkünsüzdür.

“Napoli” tarixində 3-cü dəfə İtaliyanın ən güclüsü olub. Klub sonuncu dəfə 33 il əvvəl - 1989/90 mövsümündə ölkə çempionu olmağı bacarmışdı.

Digər Xəbərlər
Xəbər Lenti