“Hər zaman bədbəxt olmaq riskimiz var, qorxuram ki...”

1 May 2023 15:40 İtaliya 286
“Hər zaman bədbəxt olmaq riskimiz var, qorxuram ki...”

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini komandası barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, “Napoli” məhdud büdcə ilə İtaliya A Seriyasını qazana biləcəyi halda, “Atalanta” növbəti mövsümdə daha yüksək hədəfləri planlaya bilərmi” sualını belə cavablandırıb:

“Əslində, heç bir məhdudiyyət görmürəm. Lakin qorxuram ki, bu cür düşüncələr insanları məyus edə bilər. Çox az komanda İtaliya çempionatını və ya UEFA Çempionlar Liqasını qazanır.

Məncə, ən yaxşı olmağa çalışmaqdansa, hazırkı durumu qoruyub xoş təəssürat yaratmaq daha yaxşıdır. Əks halda, hər zaman bədbəxt olmaq riskimiz var”.

65 yaşlı Qasperini 2016-cı ildən “Atalanta”nı çalışdırır. Onun rəhbərliyi altında komanda 2019-2021-ci illər aralığında üç dəfə “bürünc”ə sahib çıxıb.

Həmçinin, onlar iki dəfə İtaliya kubokunun final mərhələsinə vəsiqə qazanıblar (2019, 2021).

“Atalanta” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 55 xalla altıncı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti