
İtaliya A Seriyasında XXXII turun oyunları keçirilir.
Sportinfoz xəbər verir ki, “Napoli” çempionluğu rəsmiləşdirmək imkanından yararlana bilməyib.
Neapol klubu öz meydanında “Salernitana”nı məğlub edəcəyi halda 2022/23 mövsümünün qalibi adını qazanacaqdı, ancaq matçda qalib müəyyənləşməyib - 1:1.
“Napoli”nin heyətində Matias Oliveyra hesabı açsa da, Bulaye Dia bərabərliyi təmin etməyi bacarıb. Hazırda Neapol klubu 79 xalla vahid liderdir və ən yaxın izləyicisi “Latsio”nu 18 xal üstələyir.