Son dəqiqə qolları hərəyə 1 xal bəxş etdi - VİDEO

30 Aprel 2023 00:10 İtaliya 278
Son dəqiqə qolları hərəyə 1 xal bəxş etdi - VİDEO

İtaliya A Seriyasında XXXII turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, son çempion “Milan” “Roma”nın qonağı olub.

Matçda qalib müəyyənləşməyib - 1:1.

Hər iki qol oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə vurulub. Temmi Abraham 90+3-cü dəqiqədə “Roma”nı hesabda irəli çıxarsa da, 90+7-də Aleksis Salemakers “Milan”a xal qazandıran topu rəqib qapısından keçirib.

Bu nəticədən sonra hər iki komanda xalını 57-yə yüksəldib. “Milan” 4-cü, “Roma” 5-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!