"Biz həyatdan danışdıq və mən ona nifrət etdiyimi söylədim"

27 Aprel 2023 12:00 İtaliya 505
"Biz həyatdan danışdıq və mən ona nifrət etdiyimi söylədim"

“Roma”nın hücumçusu Paulo Dibala hazırda Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo ilə söhbətində ona nifrət etdiyini deyib.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu, Ronaldo ilə təyyarədə olan söhbətini yada salıb:

“Kriştianonun yanında üç yaxşı il keçirdim. Komandamız (“Yuventus”) çox güclü idi və o, bizi daha da yaxşılaşdırmaq üçün irəliləyirdi.

Argentinada Messi ilə Kriştiano arasındakı rəqabətə münasibət çox emosionaldır. Açığı, mən uşaqlıqda Messinin tərəfində olmuşam.

Yadımdadır, bir dəfə təyyarə ilə matça getmişdik. Ronaldo mənim qarşımda oturmuşdu, amma bir anda arxasını çevirdi və biz futbol, başqa şeylər haqqında danışmağa başladıq.

Biz həyatdan danışdıq və mən ona uşaq vaxtı nifrət etdiyimi söylədim. Biz buna güldük. Bizim həmişə yaxşı münasibətimiz olub. Ronaldo ilə yaxşı ünsiyyət qurmuşduq”.

Lionel Messi ilə Ronaldo arasında hər zaman rəqabət olub. Argentina millisinin kapitanı hazırda PSJ klubunda forma geyinir.

Digər Xəbərlər
Xəbər Lenti