"Tapşırığın öhdəsindən gəlsək və bəxt bizim tərəfimizdədirsə..."

26 Aprel 2023 18:20 İtaliya 1 067
"Tapşırığın öhdəsindən gəlsək və bəxt bizim tərəfimizdədirsə..."

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya kubokunun yarımfinalının “İnter”ə qarşı keçiriləcək cavab oyunundan gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Alleqri azarkeşləri inanılmaz tamaşa gözlədiyini bildirib:

“İnter” – “Yuventus” oyunları həmişə əla olur. Hər iki komanda finala yüksəlmək istəyir. Bizi inanılmaz bir tamaşa gözləyir. Məqsədimizə çatmaq üçün hər şeyi edəcəyik.

Sakit şəkildə, amma finala çıxmaq arzusu ilə hazırlaşmalıyıq. Tapşırığın öhdəsindən gəlsək və bəxt bizim tərəfimizdədirsə, o zaman qələbə bizim olacaq”.

İlk oyunu 1:1 hesabı ilə başa çatıb. Cavab matçı aprelin 26-da, Milanda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"