UEFA bu klubu avrokuboklardan kənarlaşdıracaq?

25 Aprel 2023 22:00 İtaliya 955
UEFA bu klubu avrokuboklardan kənarlaşdıracaq?

UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər.

Sportinfo.az xəbər verir ki, buna Turin klubunun maliyyə fırıldağında ittiham olunması səbəb göstərilir.

İtaliya Futbol Federasiyasının məhkəməsi bu ilin yanvarında “Yuventus”un 15 xalını silmişdi.

Bundan sonra komanda turnir cədvəlinin 10-cu pilləsinə düşmüş və Çempionlar Liqasının növbəti mövsümü üçün vəsiqə şansını itirmək riski ilə üzləşmişdi. Lakin komandanın silinən xalları aprel ayında bərpa olundu.

İndi yeni məhkəmə prosesi gedir. Amma yaxın aylarda bu məsələ ilə bağlı yekun qərar verilməsə, UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıracaq.

Diskvalifikasiya müddəti ən azı bir il ola bilər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"