Klub prezidenti hücumçuya FANTASTİK QİYMƏT QOYDU

21 Aprel 2023 19:20 İtaliya 423
Klub prezidenti hücumçuya FANTASTİK QİYMƏT QOYDU

“Napoli”nin prezidenti Aurelio de Laurentis hücumçu Viktor Osimhenə qiymət qoyub.

Sportinfo.az xəbər verir ki, Osimhen “Napoli”dən ayrılmaq istəsə, klub onu 150 milyon avro qarşılığında buraxa bilər.

Buna baxmayaraq, klub başçısı 24 yaşlı forvardı komandada saxlamağa çalışır.

Nigeriyalı futbolçu ilə “Mançester Yunayted”, “Çelsi” və PSJ maraqlanır. Öncədən “Bayern”in də onu transfer etmək istədiyi bildirilirdi.

Osimhen hazırda İtaliya A Seriyasının bombardirlik cədvəlinə 21 qolla başçılıq edir. Onun “Napoli” ilə sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti