Məhkəmə keçmiş vitse-prezidentin cəzasını ləğv etdi

21 Aprel 2023 10:20 İtaliya 465
Məhkəmə keçmiş vitse-prezidentin cəzasını ləğv etdi

İtaliyanın Federal Apellyasiya Məhkəməsi "Yuventus"un keçmiş vitse-prezidenti Pavel Nedvedin işi üzrə apellyasiya şikayətini təmin edib.

Sportinfo.az xəbər verir ki, klubun İdarə Heyətinin keçmiş üzvlərinin bir neçəsi də bəraət alıb.

Qeyd edək ki, Nedved "Yuventus"dakı maliyyə fırıldaqlarına görə 8 ay futboldan kənarlaşdırılmışdı.

Klubun keçmiş idarəedici direktoru Fabio Paratiçi 2 il yarım, eks-prezident Andrea Anyelli 2 il, idarə heyətinin keçmiş üzvü Mauritsio Arrivabene 2 il, keçmiş idman direktoru Federiko Kerubini 1 il 4 ay nüddətinə diskvalifikiyasiya edilib. Məhkəmə onların şikayəti təmin eməyib.

İtaliya İdman İdarəsi "Yuventus"un silinən 15 xalının bərpa edilməsinə də qərar verib. Buna görə də komanda 7-ci pillədən 3-cü yerə yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti