
İtaliya İdman İdarəsi “Yuventus” üçün nəzərdə tutulan 15 xallıq cəzanı ləğv edib.
Sportinfo.az xəbər verir ki, Turin klubu ilə bağlı yeni məhkəmə prosesinin keçirilməsinə göstəriş verilib.
Bu qərardan sonra “Yuventus” aktivindəki 59 xalla turnir cədvəlində 7-ci yerdən 3-cü pilləyə yüksəlib.
Bununla belə, İtaliya İdman İdarəsinin qərarının müvəqqəti olduğu və yeni məhkəmə prosesləri davam etdiyi müddətdə qüvvədə qalacağı bildirilib.
İtaliya Futbol Federasiyası yanvar ayında maliyyə fırıldaqlarına görə “Yuventus”un A seriyasında 15 xalını silmişdi. Bundan sonra komanda turnir cədvəlinin 10-cu pilləsinə düşmüşdü.