"Mən də xəyal qurmaq istəyirəm"

19 Aprel 2023 18:40 İtaliya 449
"Mən də xəyal qurmaq istəyirəm"

“Milan”ın hücumçusu Rafael Leao komandasının Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksəlməsindən danışıb.

Sportinfo.az xəbər verir ki, UEFA-ya danışan portuqaliyalı mötəbər turnirin qalibi olmaq istədiyini deyib:

"Bilirəm ki, matçların taleyini özüm həll edə bilərdim. Amma mən qol vurmuramsa, qol vura bilən komanda yoldaşlarım var.

“Milan”ın formasını geyindiyimə görə şadam. Ötən mövsüm liqada yaxşı oynamışdım və Çempionlar Liqasında da yaxşı oynaya biləcəyimi göstərmək istədim.

Bütün “Milan” oyunçuları kimi mən də xəyal qurmaq istəyirəm. Çempionlar Liqasını qazanmaq istəyirik və buna bir addım da yaxınlaşmışıq. Biz sona qədər çalışmalıyıq".

"Milan" 1/4 final mərhələsinin ilk oyununda "Napoli"yə 1:0 qalib gəlmişdi. Neapolda keçirilən cavab qarşılaşmasında isə 1:1 hesabı qeydə alındığından "Milan" yarımfinala vəsiqə qazanmış oldu.

Digər Xəbərlər
Xəbər Lenti