İtaliya yığmasının Bakıya gətirəcəyi heyəti görün! - Adlar

17 Aprel 2023 13:40 İtaliya 2 859
İtaliya yığmasının Bakıya gətirəcəyi heyəti görün! - Adlar

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol turnirində iştirak edəcək İtaliya yığmasının heyəti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Skuadra Adzurra” Azərbaycandakı yarışa 13 oyunçu gətirəcək.

İtaliya millisinin heyəti: Marko Vaskello, Matteo Bortolin (hər ikisi “Pordenone”), Donato Massafra (“AltoVisentino”), İzak Lukas Riberio, Luici Martino (hər ikisi “Blinqink Soverato”), Leonardo Di Primio (“Manoppelyo Arabona”), Sabino Sole (“Avelyino”), Andrea Stokko, Jiulio Bizzotto (hər ikisi “Marostisense”), Marsiano Piovesan (“Dozzese”), Lorentso Kanale (“Sant’Aqata”), Bruno Pio Skordino (“Elledi”), Marko Pavanetto (“Gifema Luparense”).

1-6 may tarixlərində Bakı Tennis Akademiyasında keçiriləcək xatirə turnirində iştirakçılar mübarizəyə iki qrupda başlayacaqlar.

İtaliya yığması A qrupunda Azərbaycan, Çexiya, Serbiya və Gürcüstanla mübarizə aparacaq. B qrupunda isə Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə və Cənubi Afrika seçmələri yer alacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti