İtaliya millisinin futbolçusu ağır yol qəzasına düşdü - FOTO

16 Aprel 2023 15:15 İtaliya 555
İtaliya millisinin futbolçusu ağır yol qəzasına düşdü - FOTO

"Latsio"nun hücumçusu Çiro İmmobile Romada ağır avtomobil qəzasına düşüb.

Sportinfo.az xəbər verir ki, hadisə bu gün baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, İtaliya millisinin üzvünün idarə etdiyi "Land Rover" avtomobili kəsişmədə tramvaya çırpılıb. Zərbə güclü olub və maşının ön hissəsi tamamilə dağılıb. Tramvay da relsdən çıxıb.

Hadisə zamanı futbolçu xəsarət almayıb. Onunla birlikdə maşında qızlarından biri də olub, o da xəsarət almayıb.

Tramvay sürücüsü və daha iki sərnişin xəsarət alaraq xəstəxanaya aparılıb.

Polis qəza yerində araşdırma aparır. Hadisə şahidlərinin sözlərinə görə, tramvay işıqforun qırmızı işığında kəsişmədən keçib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!